Bu gün

Zelenski Putinlə görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.

Təhlil.az xəbər verir ki, o bu barədə İtaliyanın RAI radiostansiyasına müsahibəsində bildirib.

“Putinlə görüşə hazıram. Qətiyyən nə Moskvada, nə də Kiyevdə. Amma görüşmək üçün çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da”,- Zelenski bildirib.

Ukrayna prezidenti ABŞ-nin iştirakı ilə davam edən danışıqlar prosesindən də bəhs edib və qeyd edib ki, bu proses əsasənYaxın Şərqdə cəmləşib.

Bundan əvvəl Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli görüşün alternativ variantını təklif edib.Onun fikrincə, danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ nümayəndə heyəti əvvəlcə Kiyevə, daha sonra isə Moskvaya səfər edə bilər.