Bu gün

Tramp:" İranla atəşkəs Yaxın Şərq üçün “qızıl dövr” vəd edir"

İranla əldə olunmuş atəşkəs razılaşması Yaxın Şərq üçün qızıl dövr ola bilər.

Təhlil.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” səhifəsində yazıb.

“Dünya sülhü üçün böyük bir gündür! İran bunun baş verməsini istəyir, onlar artıq kifayət qədər dözüblər! Eyni zamanda, hər kəs! Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış gəmi sıxlığının aradan qaldırılmasına kömək edəcək”,-deyə o yazıb.

Tramp bundan başqa bir sıra müsbət addımların atılacağını diqqətə çatdırıb.

“Bir çox müsbət addımlar atılacaq! Böyük maliyyə imkanları yaranacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər növ təchizatla yüklənəcəyik və hər şeyin yaxşı getdiyinə əmin olmaq üçün sadəcə “ətrafda qalacağıq”. Mən buna əminəm. ABŞ-da müşahidə etdiyimiz kimi, bu, Yaxın Şərq üçün də Qızıl Dövr ola bilər!”,-deyə Tramp vurğulayıb.