Bu gün
İran İordaniyaya raket və dronlarla hücum edib

İranın İordaniya ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində azı 2 nəfər yaralanıb.
Təhlil.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İordaniya Kral Hava Qüvvələri son 24 saat ərzndə iki İran dronunu zərərsizləşdirib, başqa bir dron və ballistik raket isə ölkənin hava hücumlarından müdafiə sistemlərinin hədəfindən yayına bilib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Bu gün