Bu gün

Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı açıqlanıb

Yaxın Şərqdə başlanan hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı açıqlanıb.

Təhlil.az xəbər verir ki, İranın dövlət mediası fevralın 28-dən indiyədək ölkədə baş verən zərbələr nəticəsində 1 270 nəfərin həlak olduğunu bildirib.

İsrail ordusunun Livanda həyata keçirdiyi hücumlar nəticəsində 634 nəfər həyatını itirib və onlardan 84 nəfəri uşaqdır. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə baş verən hücumlar 16 mülki şəxsin ölümünə səbəb olub.

İsraildə isə ilk ölüm martın 1-də qeydə alınıb. Həmin gün 9 mülki şəxs həyatını itirib, ordunun itkiləri isə 2 nəfər olub. Birləşmiş Ərəb Əmirliklərində isə, Müdafiə Nazirliyinin açıqlamasına görə, 6 nəfər həlak olub.

Suriyada baş verən raket zərbəsi nəticəsində bir binaya düşən raket 4 nəfərin ölümünə səbəb olub və raketin İrandan atıldığı bildirilir. Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanında isə hər ölkədə 2 nəfər raket hücumlarının qurbanı olub. Səudiyyə Ərəbistanında ölənlər xarici vətəndaşlardır.

ABŞ ordusunun canlı qüvvə itkisi isə 7 nəfər təşkil edir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?