Mart ayında media ən çox hansı banka yer ayırıb? TOP-5

2025-ci ilin mart ayında onlayn mətbuatda bankların fəaliyyəti ilə bağlı 2385 məqalə dərc olunub. Bu, ötən ilin eyni dövründə qeydə alınan göstəricidən 870 vahid az olsa da, ötən ayın nəticələrindən 256 vahid çoxdur.
Tehlil.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) 2025-ci ilin mart ayı üzrə müxtəlif qurumların fəaliyyətinin onlayn mediada işıqlandırılması barədə hesabatında qeyd edilib.
Sənədə əsasən, cari ilin mart ayında onlayn mediada məqalə sayına görə ilk sıranı 886 yazı ilə “Bank Respublika” tutub. İkinci sırada qərarlaşan “Kapital Bank”ın media aktivlik indeksi 370-ə, üçüncü sıradakı “Azərbaycan Beynəlxalq Bankı”nın göstəricisi 333-ə bərabər olub. Hesabat dövründə “PAŞA Bank”ın fəaliyyəti ilə bağlı 191 məqalə dərc edilib. TOP 5-in sonuncusu 126 yazı ilə “Unibank” olub.