Bu gün
Yaponiyanın ölkəmizdəki səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa etdi - RƏSMİ

Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib.
Təhlil.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Daha əvvəl bildirilmişdi ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırıb.