16 may

Avropa İttifaqı Putinə qarşı sanksiya paketini çərşənbə axşamı təsdiqləyəcək

Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiya paketi mayın 20-də, çərşənbə axşamı qəbul olunacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merts bildirib.

O qeyd edib ki, yeni sanksiya paketi hazırdır: "Biz onu çərşənbə axşamı Brüsseldə təsdiqləyəcəyik”.

Merts həmçinin Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək danışıqlarda iştirak etməkdən imtina etməsini strateji səhv adlandırıb.

“Prezident Zelenskinin  İstanbula getməsi böyük güzəştdir. Putin gəlmədi, özünü əlverişsiz vəziyyətə qoydu” - deyə, kansler əlavə edib.