Fərid Şəfiyev: "Azərbaycan C5-i C6-ya yüksəldərək regionda yeni mərhələ açdı"

“Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmiz şərq vektorunu daha da möhkəmləndirmiş, bununla yanaşı, ABŞ və onun Avropadakı tərəfdaşları ilə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirmişdir. Bu balanslı yanaşma həssaslıqların azalmasına, yeni imkanların yaranmasına və həm regional, həm də milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edir”.
Təhlil.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya bizim üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır:
“Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir”.
O qeyd edib ki, 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşularaq regional əməkdaşlıq mexanizmini C5-dən C6 formatına yüksəldib:
"Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət Görüşündə rəsmiləşdirilən bu qərar regionda əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu mühüm addım Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələri daha da möhkəmləndirərək Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına xidmət edir".
BMTM sədri vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycan üçün sadəcə qonşu deyil, həm də təbii tərəfdaşdır:
"Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyat - enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir".
Fərid Şəfiyev əlavə edib ki, C6 mövcud təşəbbüsləri təkrarlamadan, onları daha sistemli və davamlı mexanizmlərlə tamamlamalı, yaxınlığı strateji üstünlüyə çevirməlidir.
Rasim Babayev