Bu gün

"Vardanyan etdiyi cinayətlərin bəhrəsini görür" - RƏY

“Qarabağ separatçı rejiminin keçmiş rəhbərliyinə ömürlük həbs cəzasının verilməsi hökmü ədalətlidir. 20 il həbs cəzasına məhkum edilmiş Ruben Vardanyan da etdiyi cinayətlərin bəhrəsini görür”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında tanınmış erməni bloqçu və fəal İşxan Verdyan məlumat verib.

O bildirib ki, Azərbaycan mediası Dağlıq Qarabağ separatçılarının cinayətkar rejiminin rəhbərliyini nəzakətlə adlandırsa da, mən bu liderləri həmişə quldur, terrorçu və qatil adlandırmışam:

“Mən onların törətdiyi cinayətləri çox yaxşı bilirəm. Və təkcə fiziki deyil, həm də mənəvi. Qarabağı nəyə çevirdiklərini bilirəm. Orada həyatın necə olduğunu bilirəm. Mən onların İrəvan və Qarabağ ermənilərinə, ümumiyyətlə insanlara necə davrandıqlarını bilirəm”.

Onun sözlərinə görə, Qarabağın separatçı rejimi işğal olunmuş Azərbaycan ərazilərindəki ermənilərdən kölə kimi istifadə edib:

“Təəccüblüdür, amma mənim fikrimcə, Qarabağda Ermənistanın işğalı dövründə, sonuna qədər həyatın mərkəzində təbii bir mübadilə mövcud idi. İnsanlar bir şey yetişdirir, sonra meyvə-tərəvəzləri qida ilə mübadilə edir və yaşamağa davam edirdilər. Yəni, belə bir orta əsr qala mühiti var idi”.

O, Harutyunyan, Qukasyan, Sahakyan və digər separatçı liderlərin layiq olduqları cəzanı aldıqlarını dilə gətirib:

“Mən buna sevinirəm, çünki əgər Azərbaycan hüquq-mühafizə orqanları olmasaydı, bu quldurlar indi Ermənistanda olardılar. Əlbəttə ki, orada heç kim onları cəzalandırmaq niyyətində deyildi. Çünki bu gün Ermənistanda yaşayan digər separatçı həmkarlar da var ki, Ermənistan hüquq-mühafizə orqanları onlara qarşı heç bir iddia irəli sürməyib. Əksinə, separatçılar Nikol Paşinyanı devirmək planlarını təbliğ edirlər.

Əgər bu gün Bakıda məhkum edilmiş Qarabağ cinayətkarları Yerevanda olsaydılar, bu, Ermənistanın dövlətçiliyini təhdid edən çox ciddi bir qüvvə olardı. Və buna görə də düşünürəm ki, bu quldurlar, bu cinayətkarlar layiq olduqlarını aldılar. Ümid edirəm ki, Ermənistanda olan onların əlbirləri də ədalətli mühakimə olunacaqlar”, - deyə, İ. Verdyan qeyd edib.

Rasim Babayev

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?