12 aprel
Ermənistan və Türkiyənin xarici işlər nazirləri bu gün görüşəcəklər

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşünün keçirilməsi nəzərdə tutulub.
Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkə səhifəsində məlumat verib.
Xatırladaq ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan hazırda Antalyada keçirilən diplomatik forumda iştirak edir.