Dünən

Ançelotti Braziliya yığmasının baş məşqçisi təyin olunub

Şəkil: REUTERS

Karlo Ançelotti Braziliya milli komandasının baş məşqçisi təyin olunub. Təhlil.az məşhur ESPN nəşrinə istinadla xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda "Real Madrid"dən ayrılacaq və cari ilin iyun ayından etibarən yeni vəzifəsinə başlayacaq. Braziliya Futbol Konfederasiyası "Don Karlo"nun təcrübəsinə və uğurlarına güvənərək bu qərarı qəbul edib. 
Qeyd edək ki, 65 yaşlı məşqçi daha əvvəl “Milan”, “Çelsi” və “Real Madrid” kimi klublarda çalışıb. Onun rəhbərliyi altında Braziliya millisinin 2026-cı il Dünya Çempionatında uğurlu nəticələr əldə edəcəyi gözlənilir.