Dünən

ABŞ İrana yaxın bazalarda hərbi mövcudluğunu gücləndirir

Pentaqon yaxın günlərdə İran yaxınlığındakı hərbi bazalara əlavə qüvvələr yerləşdirməyə başlayacaq.

Təhlil.az xəbər verir ki, Pentaqonun planına əsasən, bir həftə ərzində bölgəyə gələ biləcək təyyarədaşıyan döyüş qrupuna paralel olaraq, Fars körfəzi ətrafındakı Amerika bazalarına qırıcı eskadrilyalar və raketdən müdafiə sistemləri yerləşdiriləcək.

Məlumata görə, Hərbi Hava Qüvvələri və raketdən müdafiə qüvvələrinin bölgədəki mövcudluğu gücləndiriləcək. Hazırda Yaxın Şərqdəki Amerika hərbi kontingentinin ümumi sayı təxminən 30 min nəfər təşkil edir.

Bununla yanaşı, Yaxın Şərq istiqamətində ABŞ-nin strateji hərbi nəqliyyat uçuşlarının sayında da artım müşahidə olunur. Son 24 saat ərzində ağır hərbi nəqliyyat təyyarələri ilə azı 14 uçuş həyata keçirildiyi bildirilir.

Ekspertlər bu addımları bölgədə artan gərginlik fonunda ABŞ-nin hərbi mövcudluğunu gücləndirmək cəhdi kimi qiymətləndirirlər.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?