Bu gün
“Mançester Yunayted” 62 illik utancı təkrarladı

Premyer Liqanın 36-cı turu çərçivəsində “Vest Hem” qarşısında 0:2 hesabı ilə məğlub olan “Mançester Yunayted” bu mövsüm evdəki 9-cu məğlubiyyətini yaşayıb və klub tarixindəki ən pis nəticəyə çatıb.
Təhlil.az xəbər verir ki, belə acı statistika son dəfə 1962/63 mövsümündə qeydə alınmışdı.
Yəni bu, təkcə bir oyun deyil. Altmış ildən sonra “Old Trafford” yenidən azarkeşlərə göz yaşı gətirir.
Ruben Amorimin komandası Premyer Liqada hazırda 39 xalla 16-cı yerdədir və tarixində nadir hallarda yaşadığı belə bir enişin içində çırpınır.
Bu gün
Bu gün
10 may