Bu gün

Tramp bütün dünyada dərmanların qiymətinin artacağını bəyan etdi

ABŞ Prezidenti Donald Tramp dərman qiymətlərinin 30–80 faiz aşağı salınmasına səbəb olacaq yeni sərəncam imzalamağa hazırlaşdığını bildirib.

Təhlil.az xəbər verir ki, Tramp qeyd edib ki, bu addım ABŞ-də dərmanların daha ucuz satılması, əvəzində isə digər ölkələrdə qiymətlərin artması ilə nəticələnəcək: “İllərdirki dünya ABŞ-də reseptlə satılan dərmanların digər ölkələrlə müqayisədə niyə 5–10 dəfə baha olması ilə bağlı sual verir. Bunu izah etmək çətin idi. Məmnuniyyətlə bildirirəm ki, sabah səhər saat 9-da Ağ Evdə ölkəmizin tarixində ən önəmli sərəncamlardan birini imzalayacağam”

Prezident qeyd edib ki, bu sərəncamla ABŞ bundan sonra dərmanlar üçün dünyada ən ucuz qiymət təklif edən ölkə səviyyəsində ödəniş edəcək: 
“ABŞ nəhayət ki, ədalətli münasibət görəcək. Vətəndaşların səhiyyə xərcləri əhəmiyyətli dərəcədə azalacaq”.