Dünən

Bu ölkədə "X" sosial şəbəkəsi qadağan edilə bilər

Böyük Britaniya "X" sosial şəbəkəsinin qadağan edilməsini nəzərdən keçirir.

Təhlil.az xəbər verir ki, buna səbəb platformaya inteqrasiya olunmuş "Grok çat" botunun istifadəçi sorğuları əsasında qadınlar və uşaqlarla bağlı açıq-saçıq görüntülər yaratmasıdır.

Məlumata görə, məsələ Böyük Britaniyada uşaq təhlükəsizliyi və etik normalarla bağlı ciddi narahatlıq yaradıb.

Hökumət qurumları mümkün hüquqi addımları dəyərləndirir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?