Dünən
İsrail ərazisinə Qəzzadan raket atılıb

İsrail Müdafiə Ordusu (IDF) Qəzza şəhəri ərazisindən İsrail istiqamətində uğursuz raket buraxılışı qeydə alındığını açıqlayıb. Təhlil.az-ın məlumatına grə, mərmi Qəzza zolağında İsrail postlarının yaxınlığında yerləşən bir xəstəxananın ətrafına düşüb. Hadisə nəticəsində həlak olan və ya yaralananlar yoxdur.
IDF bildirib ki, cavab olaraq Qəzza zolağında raket buraxılış meydançasına məqsədyönlü zərbə endirilib. Hərbçilər vurğulayıb ki, Qəzzadakı radikal qruplaşmaların İsrail qüvvələrinə və ya mülki əhaliyə yönələn hər hücum cəhdinin qarşısı qətiyyətlə və sərt şəkildə alınacaq.