Dünən

Tramp ABŞ hərbi büdcəsini 1,5 trilyon dollara qədər artırdı

ABŞ Prezidenti Donald Tramp ölkənin hərbi büdcəsini 1,5 trilyon dollara qədər artırıb. Təhlil.az-ın məlumatına görə, Tramp “TruthSocial” platformasında açıqlayıb ki, əlavə vəsait ona “Arzular Ordusu”nu qurmağa və ABŞ-ni hər hansı təhdiddən qorumağa imkan verəcək. Tramp qeyd edib ki, müdafiə xərclərinin artması digər ölkələrə tətbiq edilən tariflərin və ABŞ büdcəsinə gətirdiyi yüksək gəlirlərin nəticəsində mümkün olub.

“Senatorlar və konqresmenlərlə uzun danışıqlardan sonra belə qənaətə gəldim ki, 2027-ci il hərbi büdcəsinin 1,5 trilyon dollar olması millətimizin xeyrinədir”, – deyə o yazıb.

Qeyd edək ki, ABŞ-nin 2025-ci il müdafiə büdcəsi rekord səviyyədə – 895 milyard dollar olub.

Həmçinin, yanvarın 7-də Ağ Ev Prezident Trampın imzaladığı memorandumla ABŞ-nin 66 beynəlxalq təşkilatda üzvlüyünə xitam verdiyini açıqlayıb. Siyahıda Ukrayna Elm və Texnologiya Mərkəzi, Venesiya Komissiyası, BMT-nin Uşaqlara qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsi, BMT Demokratiya Fondu və digər qurumlar var.

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, administrasiya bu təşkilatları “israfçı, səmərəsiz, zərərli”, “pis idarə olunan” və ya “ABŞ-nin milli suverenliyinə və rifahına təhdid” hesab edir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?