ABŞ 66 beynəlxalq təşkilatdan çıxıb

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı memorandum imzalayıb.
Təhlil.az xarici mediaya istinadla xəbər verir ki, bu təşkilatlardan 31-i BMT agentliyidir. Tam siyahı təqdim edilməyib. Bəyanatda onların "artıq Amerika maraqlarına xidmət etmədiyi" bildirilib.
Ağ Evin açıqlamasına görə, Prezident Administrasiyası ölkənin tərəfdarı olduğu və ya dövlətin maliyyə dəstəyi verdiyi bütün beynəlxalq təşkilatları, konvensiyaları və müqavilələri nəzərdən keçirdikdən sonra bu qərarı verib. Nəzarət altında olan təşkilatların çoxu ABŞ suverenliyinə və iqtisadi gücünə zidd olan "radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji gündəliyi" təbliğ edir.
Tramp əvvəllər ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından çıxması və Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Birləşmiş Millətlər Təşkilatının Yardım və İş Agentliyinin (UNRWA) maliyyələşdirilməsini qadağan edilməsi ilə bağlı icra sərəncamları imzalayıb.
O, həmçinin ABŞ-nin 31 dekabr 2026-cı ilə qədər UNESCO-dan çıxacağını açıqlayıb.