Dünən

Ermənistan Azərbaycandan ikinci partiya neft məhsullarının idxalını təsdiqlədi

Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan ikinci partiya neft məhsullarının idxalını təsdiqləyib.

Təhlil.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan əlavə məlumat vermədən Azərbaycan mediasının yaydığı məlumatı təsdiqləyib.

Yanvarın 7-də Azərbaycan mediası Bakının 8 yanvarda Ermənistana daha böyük həcmdə neft məhsulları göndərəcəyini bildirib.

Son açıqlanan rəqəmlərə əsasən, planlaşdırılan göndərişlərə 1000 ton Aİ-92 benzini, 1000 ton dizel yanacağı və 1800 ton Aİ-95 benzini daxildir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?