Dünən
Ağ Ev: "Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyir"

Ağ Evin adı açıqlanmayan nümayəndələri ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləyir.
Təhlil.az xəbər verir ki, qanun layihəsi respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blyumental tərəfindən hazırlanıb.
Sənəd Rusiya neftini alan ölkələrə, o cümlədən Çin və Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.
Layihə Senatda 100 senatordan 80-dən çoxunun dəstəyini qazanıb.
Bununla belə, prezidentin xahişi ilə sənədə dəyişikliklərin ediləcəyi hələlik aydın deyil.
Tramp daha əvvəl sanksiyaların tətbiqi və ləğvi məsələsində tam çeviklik istədiyini bildirmişdi.
Bu gün