07 yanvar

Tramp: "Rusların Venesueladan çıxma vaxtıdır"

ABŞ prezidenti Donald Tramp Venesuelada olan rusların ölkədən çıxarılmasını tələb edib. Təhlil.az xəbər verir ki, o, həmçinin yerli hakimiyyətin İran, Kuba və Çinlə bütün iqtisadi əlaqələri kəsməli olduğunu bildirib.

Çin XİN ABŞ-ni sərt tənqid edib və Trampın məqsədinin Venesuelanın neft resurslarını nəzarətə götürmək olduğunu bəyan edib.

Tramp artıq açıqlayıb ki, ABŞ Venesueladan təxminən 50 milyon barel yüksək keyfiyyətli neft alacaq. Neft bazar qiymətləri ilə satılacaq, əldə olunan vəsait isə “Venesuela və ABŞ xalqlarının rifahına” yönəldiləcək.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?