07 yanvar

Hakan Fidan: Türkiyə Qara dənizdə və Ukraynada təhlükəsizliyin təminatçısı roluna yaxınlaşır

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Parisdə “İstəklilər Koalisiyası” görüşü sonrası Ukrayna məsələsi ilə bağlı açıqlama verib. Təhlil.az-ın məlumatına görə, nazir vurğulayıb ki, artıq 4 ildir davam edən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar mümkün sabit sülhə doğru irəliləyir.

“Düşünürəm ki, biz sabit sülhə çox yaxınıq. Ən azından, sülh üçün vacib olan məsələlərin fəal şəkildə müzakirə olunduğunu görürük. Qara dənizin təhlükəsizliyi, əlbəttə ki, regiondakı ən böyük donanmaya sahib NATO üzvü olaraq Türkiyəyə təbii olaraq həvalə olunur. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edilib”, – deyə Fidan bildirib. Nazir əlavə edib ki, Türkiyə Ukrayna üçün verilmiş təminatlar çərçivəsində Qara dənizdə təhlükəsizliyi təmin edən hərbi-dəniz missiyasını həyata keçirməyə hazırdır.

Fidan xüsusilə mümkün sülh müqaviləsindən sonra Ukraynanın iqtisadi bərpasına diqqət çəkib. “Ukraynanın yaralarını sağalda biləcək ölkə yoxdur. Türkiyə öz resurslarını bərpa etmək və ehtiyacı olanlara kömək etmək bacarığına malikdir. Təcrübəmiz və işgüzar investisiyalarımız sayəsində Ukraynanın iqtisadi dirçəlişinə dəstək verə bilərik”, – deyə nazir qeyd edib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?