07 yanvar
ABŞ Venesuelanın iki nazirini hədələyib

ABŞ Venesuelanın daxili işlər naziri və müdafiə nazirini ölümlə hədələyib.
Təhlil.az xəbər verir ki, “Reuters”in mənbələrdən aldığı məlumata görə, Ağ Ev Venesuela daxili işlər naziri Diosdado Kabellonu Vaşinqtonun tələblərinə əməl etmək və asayişi qorumaq üçün prezident vəzifəsini icra edən Delsi Rodriqezlə əməkdaşlıq etməsə, mümkün nəticələr barədə xəbərdar edib.
Venesuelanın müdafiə naziri Padrino Lopes də ABŞ-nin hədəf siyahısındadır.