07 yanvar
Tramp özünü "kral" adlandırdı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Respublikaçıların Milli Konqresində hər kəsdən daha çox “Boeing” təyyarəsi satdığını iddia edib. Təhlil.az xəbər verir ki, o, "İlin Satıcısı" mükafatını alıb.
“Mən kralam. Yer üzündəki hər kəsdən daha çox “Boeing” təyyarəsi satmışam. Mənə "İlin Satıcısı" mükafatını verdilər. Mən dedim ki, bəs “Boeing” tarixindəki bütün satıcılar necədir? Tarixdəki hər hansı digər şəxsdən daha çox “Boeing” təyyarəsi satmışam”, - deyə Tramp əlavə edib və mindən çox təyyarə satdığını deyib.