Dünən
Zelenski “İstəklilər koalisiyası”nın Paris sammitinin nəticələrini şərh edib

Ukrayna üçün artıq təhlükəsizlik zəmanətlərinin arxitekturası, eləcə də hansı ölkələrin konkret olaraq nə etməyə hazır olduğu ilə bağlı aydın və detallı anlayış formalaşıb.
Təhlil.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra “Telegram” səhifəsində bildirib.
Prezidentin sözlərinə görə, Fransa, Böyük Britaniya və Ukrayna hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin tərkibi, qüvvələrin sayı və xüsusi silah növlərinin yerləşdirilməsi üzərində ətraflı işləyiblər.
“Bizim üçün son dərəcə vacib olan detallar artıq mövcuddur. Hansı ölkənin nə etməyə hazır olduğunu anlayırıq. “İstəklilər koalisiyası”nın bütün ölkələrinin hər bir liderinə təşəkkür edirəm”, – deyə Zelenski vurğulayıb.
Bu gün