06 yanvar
İndoneziyada baş verən daşqınlar 14 nəfərin həyatına son qoyub

Şəkil: AP
İndoneziyanın Şimali Sulavesi əyalətində baş verən daşqınlar nəticəsində ən azı 14 nəfər həlak olub, 4 nəfər itkin düşüb.
Təhlil.az “Reuters” agentliyinin məlumatına istinadla xəbər verir ki, güclü yağışlar Siau-Taqulandanq-Biaro bölgəsinin bir hissəsi olan Siau adasında qəfil daşqınlara səbəb olub. Fəlakət yüzlərlə evi və dövlət binasını dağıdıb.
Ən azı 444 nəfər təxliyə edilib və yerli məktəblərdə və kilsələrdə yerləşdirilib.
İtkin düşən dörd nəfərin axtarışı üçün 16 xilasedici göndərilib. 18 nəfərin isə yaralandığı bildirilir.