"Politico": Tramp Venesuelanın müvəqqəti lideri Delsi Rodriqezə təzyiq göstərir

Donald Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodriqezə ciddi təzyiq göstərir.
Təhlil.az xəbər verir ki, “Politico” nəşrinin mənbələrə istinadla yaydığı məlumata görə, Vaşinqton Rodriqezdən Maduronun imtina etdiyi bir sıra Amerika yönümlü addımlar atmağı tələb edir. Əks halda onu da eyni aqibət gözləyə bilər. Bildirilir ki, hərbi təzyiqlə yanaşı, ABŞ sanksiyaların yumşaldılması və Rodriqezin Qətərdəki maliyyə aktivlərinə çıxış kimi təşviqlər təklif etməklə əməkdaşlığa nail ola bilər.
ABŞ rəsmilərinin Rodriqezdən gözlədiyi ən azı üç əsas addım:
Narkotik qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsi;
Vaşinqtona düşmən sayılan dövlət və şəbəkələrin — o cümlədən İran və Kuba agentlərinin ölkədən çıxarılması;
ABŞ-nin rəqiblərinə neft satışının dayandırılması.
Gözləntilərə görə, Rodriqez sonda azad seçkilərin keçirilməsinə şərait yaradacaq və istefa verəcək. Tramp komandasının fikrincə, o, “qısa ipdədir” və verilən göstərişləri yerinə yetirəcək.