06 yanvar
Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.
Təhlil.az xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, zəlzələnin episentri ölkənin qərbində, Şimane prefekturası ərazisində yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Qısa müddətlik sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.