06 yanvar

Ağ Ev: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır

Ağ Ev administrasiyasında Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməsinin Arktika regionu və NATO-nun təhlükəsizliyinin təmin olunması baxımından vacib olduğu düşünülür.

Təhlil.az xəbər verir ki, bu barədə  ABŞ administrasiyası rəhbərinin müavini Stiven Miller bildirib.

Onun sözlərinə görə, Qrenlandiyanın gələcəyi məsələsində heç kim ABŞ ilə müharibəyə getməyəcək.

O, Vaşinqtonun regionda təhlükəsizlik və strateji maraqlarını ön plana çəkdiyini vurğulayıb.

“The Economist” nəşri isə yazır ki, Ağ Ev Qrenlandiyaya xüsusi bir razılaşma təklif etməyi planlaşdırır.

Söhbət ABŞ ilə Qrenlandiya arasında “Azad Assosiasiya Müqaviləsi”ndən gedir.

Bu saziş ABŞ hərbi qüvvələrinin adada fəaliyyət göstərməsinə imkan verə bilər, əvəzində isə Qrenlandiyaya ABŞ ilə rüsumsuz ticarət hüququ tanına bilər.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?