05 yanvar

Tramp Venesuela üçün seçkilərin keçirilməsini ikinci dərəcəli məsələ hesab edir

ABŞ Prezidenti Donald Trampdan müsahibə zamanı Venesuelada keçiriləcək seçkilərdə müxalifətçi sabiq deputat Mariya Korina Maçadonun namizədliyini dəstəkləməyə hazır olub-olmadığı soruşulub. Təhlil.az xəbər verir ki, Ağ Evin rəhbəri buna cavab olaraq bildirib:

“Biz ölkəni qanun və nizam vasitəsilə idarə etməliyik. Elə bir ölkəni idarə etməliyik ki, onun iqtisadiyyatından, xüsusilə də qiymətli neftindən və digər resurslarından faydalana bilək”.

Tramp həmçinin qeyd edib ki, Maçadonun mümkün qələbəsi yalnız onun dəstəyi ilə real ola bilər.

“Hazırda biz neft hasilatını yoluna qoymaq, ölkəni düzəltmək və bərpa etmək istəyirik, bundan sonra isə seçkilər keçiriləcək”, – deyə o qeyd edib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?