Venesuelaya basqın zamanı 32 Kuba vətəndaşı həlak olub

Şəkil: "The New York Times"
Kuba rəsmi olaraq ABŞ-nin Venesuela ərazisinə basqını zamanı hərbi və kəşfiyyat işçiləri də daxil olmaqla 32 vətəndaşının öldürüldüyünü təsdiqləyib.
Təhlil.az xəbər verir ki, bazar günü axşam Kuba dövlət televiziyasında yayımlanan açıqlamaya görə, hərbi və polis bölmələrindən olan zabitlər Karakas hökumətinin tələbi ilə Venesuelada fəaliyyət göstərirdilər. Qurbanların şəxsiyyətləri və konkret təyinatları hələ açıqlanmayıb.
Havana 5 və 6 yanvar tarixlərini iki günlük milli matəm elan edib, dəfn mərasimlərinin təşkili isə daha sonra açıqlanacaq.
Prezident Migel Diaz-Kanel və keçmiş prezident Raul Kastro qurbanların ailələrinə rəsmi başsağlığı veriblər. Migel Diaz-Kanel qurbanları "qəhrəmanlar" adlandırıb və onların Nikolas Maduronu müdafiə edərkən həlak olduqlarını bildirib.