05 yanvar
Tramp Ukrayna ilə bağlı Rusiya ilə razılaşmaların yaxın zamanda əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Trump Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı Rusiya ilə yaxın gələcəkdə razılaşmaların mümkün olacağına ümid etdiyini açıqlayıb. Təhlil.az xəbər verir ki, Tramp bu barədə Uest-Palm-Biçdən Vaşinqtona uçuş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu cür razılaşmalar “müəyyən bir məqamda, ümid edirəm ki, çox da uzaq olmayan bir vaxtda” əldə oluna bilər.