05 yanvar
Cənubi Yəmən Müstəqillik Referendumuna Hazırlaşır

BƏƏ-nin dəstəyi ilə Cənubi Yəmən ərazisinə nəzarət edən Cənubi Keçid Şurası (STC) "Cənubi Yəmən xalqının öz müqəddəratını təyin etmək hüququna uyğun olaraq" iki illik keçid prosesinin başladığını elan edib.
Təhlil.az yayılan məlumatlara istinadla xəbər verir ki, sakinlər keçid dövrünün sonunda referendum yolu ilə öz müqəddəratını təyin etmək hüquqlarından istifadə edə biləcəklər.