05 yanvar

İsrail və Suriya Parisdə yeni danışıqlar raundu keçirəcək

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi günü Parisdə keçirilməsi planlaşdırılır. Təhlil.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti məlumat yayıb. Məlumata görə, görüş ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq. Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq. Bildirilir ki, yeni sənəd 1974-cü ildə İsrail və Suriya qüvvələrinin Qolan təpələrində ayrılması ilə bağlı mövcud razılaşmanı əvəzləməlidir. Razılaşma Cənubi Suriyanın demilitarizasiyasını, bunun müqabilində isə İsrail qoşunlarının ötən ilin dekabrında işğal etdiyi Dəməşqin cənubundakı ərazilərdən çıxarılmasını nəzərdə tutur.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?