05 yanvar

Kiyevdə xəstəxanaya zərbə endirilib, həlak olan və yaralananlar var

Yanvarın 5-nə keçən gecə Kiyevə növbəti hücum həyata keçirilib. Nəticədə bir nəfər həlak olub, üç nəfər yaralanıb. Təhlil.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. Məlumata görə, Obolon rayonunda yerləşən, stasionar şöbəsi olan dördmərtəbəli xəstəxana binasına zərbə dəyib. Zərbə nəticəsində baş verən yanğın söndürülüb, binaya baxış zamanı bir nəfərin meyiti aşkar edilib. Xilasedicilər bildiriblər ki, 25 nəfər təxliyə edilib, 3 nəfər xəsarət alıb.

Hadisə yerində təxminən 50 xilasedici və 10 ədəd yanğın-xilasetmə texnikası çalışıb.

Qeyd olunur ki, gecə ərzində Ukrayna ərazisinə pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlərdən ibarət kombinə edilmiş hücum həyata keçirilib. Zərbələrin Kiyev və ətrafı, Çerniqov şəhəri, eləcə də Sumi, Çerkası, Poltava, Xarkov, Dnepropetrovsk və Jitomir vilayətlərində hərbi və enerji infrastrukturu obyektlərinə endirildiyi bildirilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?