İranda etirazlar silahlı toqquşmalara çevrilib

İranda etirazçılar şəhərlərin girişlərində yandırıcı barrikadalar qurur, təhlükəsizlik qüvvələrinin qarşısını almaq üçün atəş barrikadaları hazırlayır. Bəzi qruplar avtomatik silahlarla silahlanıblar.
Təhlil.az xarici mediaya istinadla xəbər verir ki, Tehranda insanlar yolları bağlayır və hökumətə qarşı şüarlar səsləndirirlər: “Xameneiyə ölüm! Bu il qan ilidir, Seyid Əli devrilməlidir!”
Ölkənin cənub-qərb bölgələrindəki yaşayış məntəqələrində atəş səsləri eşidilir: Əhvaz şəhərində bir neçə mülki şəxs yaralanıb və təhlükəsizlik qüvvələri atəş baryeri səbəbindən hadisə yerinə çata bilmir. Mehəllat şəhərində yol polisi postu və bir polis maşını yandırılıb, bir etirazçı isə evdə hazırlanmış alov püskürtücü ilə polisə hücum edib.
İlam əyalətində öldürülən etirazçının dəfn mərasimində "İslam Respublikasına ölüm!" şüarları eşidilir. Bir gün əvvəl İranın Ali Lideri Ayətullah Əli Xamenei odlu silahlarla silahlanmış iğtişaşçılara qarşı sərt davranmağa çağırıb.