05 yanvar

Danimarkanın Baş naziri Trampı Qrenlandiya ilə bağlı təhdidlərə son qoymağa çağırıb

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trumpı Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı səsləndirilən təhdidlərə son qoymağa çağırıb.

Təhlil.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata əsasən, Danimarkanın baş naziri Frederiksen bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsinin zəruriliyi barədə danışmaq tamamilə mənasızdır.

Onun sözlərinə görə, ABŞ-nin Danimarka Krallığının tərkibinə daxil olan üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur.

Baş nazir vurğulayıb ki, ABŞ tarixən yaxın müttəfiqinə, eləcə də özlərinin satılmadığını açıq şəkildə bəyan etmiş başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoymalıdır.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?