08 may
ÇL-nın ikinci finalçısı "PSJ" oldu

Foto: REUTERS
İngiltərədən 1-0 hesablı qələbə ilə qayıdan Paris təmsilçisi doğma meydanda da rəqibinə şans verməyib. 27-ci dəqiqədə Fabian Ruizin vurduğu qol ilk hissənin yekun nəticəsini müəyyənləşdirib.
69-cu dəqiqədə meydan sahibləri hesabı artırmaq şansını əldən verib. Vitinyanın 11 metrlik cərimə zərbəsindən fərqlənməsinə David Raya mane olub. Lakin cəmi 3 dəqiqə sonra "PSJ" ikinci qolu vurmağa müvəffəq olub. Bu dəfə Əşrəf Hakimi qonaqları meydanın mərkəzinə dəvət edib.
Bakayu Sakanın 76-cı dəqiqədə vurduğu qol "Arsenal"ı ümidləndirsə də, Mikel Artetanın yetirmələrinin bundan artığına gücü çatmayıb.
Mayın 31-də Münxendə keçiriləcək final matçında "PSJ" "İnter"lə üz-üzə gələcək.
09 may
09 may