Bu gün

İran və Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizini müzakirə edib

Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricani ilə Rusiya Baş nazirinin müavini Savelyev arasında görüş keçirilib. Təhlil.az xəbər verir ki, Danışıqlar zamanı tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin regional geosiyasətdə əsas amil kimi inkişafını müzakirə ediblər.

Laricani qeyd edib ki, bütün inzibati maneələr ən qısa zamanda aradan qaldırılacaq və dəhlizin hüquqi və inzibati statusunun müəyyən edilməsi üçün lazımi razılaşmalar bağlanacaq. O əlavə edib ki, Prezident Pezeşkian layihənin həyata keçirilməsinə şəxsən nəzarət edir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?