Moskva: “Tramp marşrutu”nun Rusiyasız reallaşdırılması çətindir

Moskva bildirib ki, “Tramp marşrutu” təşəbbüsünün Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətin görünür. Təhlil.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin Rusiyanın bu təşəbbüsün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu deyib.
Onun sözlərinə görə, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edən “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti Rusiya Dəmir Yollarının (RJD) törəmə müəssisəsidir və ölkədə Rusiya dəmir yolu rels sistemi istifadə olunur. Marşrutun böyük hissəsi isə Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.
Kaluqin həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olduğunu xatırladaraq, təşəbbüsün Rusiyanın iştirakı olmadan reallaşdırılmasının çətin olduğunu vurğulayıb.