Bu gün

Tramp BBC-ni məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın BBC yayım korporasiyasına qarşı məhkəmə iddiası qaldırıb. Təhlil.az xəbər verir ki, iddia Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə təqdim olunub. 
Tramp BBC-ni böhtan atmaqda, Florida ştatının “aldadıcı və qeyri-ədalətli ticarət təcrübələri” haqqında qanununu pozmaqda ittiham edir. İddiada hər bir maddə üzrə ən azı 5 milyard dollar, ümumilikdə isə 10 milyard dollar təzminat tələb olunur. Bundan əlavə, faizlər, məhkəmə və vəkil xərcləri, cərimələr və digər ödənişlər də istənilir. 
İddia ərizəsində bildirilir ki, BBC 6 yanvar 2021-ci ildə Trampın çıxışının fraqmentlərini qəsdən və bəd niyyətlə redaktə edib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?