Bu gün

Ukrayna dronlarla Rusiyanın sualtı qayığını vurduğunu açıqlayıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin Hərbi-Dəniz Qüvvələri ilə birgə Rusiyanın Novorossiysk limanında yerləşən “Varşavyanka” sinifli sualtı qayığının məhv edilməsi istiqamətində uğurlu əməliyyat həyata keçirdiklərini bəyan edib. 

Təhlil.az xəbər verir ki, UTX-nin yaydığı məlumata əsasən, əməliyyat zamanı “Sub Sea Baby” tipli sualtı pilotsuz aparatlarından istifadə olunub. Bildirilir ki, bu, tarixdə ilk dəfə pilotsuz sualtı dronların birbaşa sualtı qayığa hücum məqsədilə tətbiq edilməsi halıdır.

Qeyd olunur ki, hücum nəticəsində baş verən partlayış sualtı qayığa kritik zədələr yetirib və döyüş vasitəsi faktiki olaraq sıradan çıxarılıb.

Rusiya tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?