İlk oyuna yaraşan revanş - İnter ÇL-da finala yüksəldi

Şəkil: "REUTERS"
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter" "Barselona"nı qəbul edib.
Təhlil.az xəbər verir ki, "ssenari" İspaniyadakı ilk qarşılaşmanı xatırladıb. Lautaro Martinezin qolu ilə hesabda önə keçən meydan sahibləri Hakan Çalhanoğlunun penaltidən fərqlənməsi ilə üstünlüyünü daha da möhkəmləndirib.
Fasilədən sonra Hans-Dieter Flikin yetirmələri oyunun gedişatını dəyişməyi bacarıblar. Qonaqlar Erik Qarsia və Dani Olmonun ardıcıl qolları ilə status-kvonu bərpa ediblər. 87-ci dəqiqədə Rafinya katalonları önə keçirib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə isə Françesko Açerbi qarşılaşmanın daha 30 dəqiqə davam etməsinə səbəb olan qola imza atıb, 3-3.
Cütlüyün taleyinə 99-cu aydınlıq gəlib. Davide Frattesi "İnter"i Çempionlar Liqasının finalına aparan qola imza atıb.
Digər finalçının adı "PSJ" - "Arsenal" revanşının yekununda məlum olacaq. İngiltərədə keçirilən ilk oyunda Usman Dembelenin yeganə qolu ilə qonaqlar minimal hesablı qələbə qazanmışdı.