05 dekabr
Kim Çen In intiharların artması fonunda gizli göstəriş verdi

Şimali Koreya lideri Kim Çen In ölkədə artan intihar hallarının qarşısını almaq məqsədilə yerli komitələrə nəzarətin gücləndirilməsi barədə məxfi əmr göndərib.
Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya kəşfiyyatı yayıb.
Onların hesablamalarına görə, son bir ildə Şimali Koreyada intihar hallarında təxminən 40 faizlik artım qeydə alınıb.
Mənbənin bildirdiyinə görə, sənəddə belə hadisələr “sosializmə xəyanət” kimi təqdim olunur ki, bu da şəxsi faciələrin ölkə daxilində hansı dərəcədə siyasiləşdirildiyini göstərir.
Qeyd olunur ki, Kim Çen In-in göstərişi ictimaiyyət üçün deyil, yalnız yerli icra strukturlarına məxfi sənəd kimi paylanıb.
Dünən
Dünən
05 dekabr