Dünən
ABŞ Maduronun ailəsi ilə Qatara göndərilməsi planını müzakirə edir

ABŞ administrasiyası Maduronun ailəsi ilə birlikdə Qatara göndərilməsini müzakirə edib.
Təhlil.az xəbər verir ki, dövlət katibi Marko Rubio və Tramp administrasiyasından bir sıra yüksək vəzifəli rəsmilər Venesuela Prezidenti Nikolas Maduronun ailəsi ilə birlikdə Qatara göndərilməsi variantını gündəmə gətiriblər.
Mənbə qeyd edir ki, bu təklif ABŞ-Venesuela münasibətlərində uzun müddətdir davam edən siyasi gərginliyi yumşaltmaq məqsədi daşıyır. ABŞ administrasiyası bu yolla Karakasla dialoq üçün yeni imkanların yarana biləcəyini hesab edir.
Müzakirələrin detalları açıqlanmasa da, təklifin diplomatik səviyyədə ciddi qiymətləndirildiyi bildirilir.