03 dekabr

Aİ 2027-ci ilə qədər Rusiya qazını tam dayandırır

Avropa İttifaqı Şurası və Avropa Parlamenti REPowerEU planı çərçivəsində 2027-ci ilə qədər Rusiya təbii qazının idxalının mərhələli şəkildə dayandırılması barədə ilkin razılıq əldə edib.

Təhlil.az xəbər verir ki, Aİ Şurasının Danimarka sədrliyinə rəhbərlik edən ölkənin İqlim və Energetika naziri Lars Aqard bunu “Avropa üçün böyük qələbə” adlandırıb:

“Rusiya qazından asılılığımıza son qoymalıyıq. Daimi qadağa bu istiqamətdə mühüm addımdır”.

Plana əsasən, mövcud müqavilələr üçün keçid dövrləri nəzərdə tutulur:

2025-ci il 17 iyundan əvvəl bağlanmış qısamüddətli müqavilələr üzrə:

LNG idxalı üçün qadağa 25 aprel 2026-cı ildən,

Boru kəməri qazı üçün qadağa 17 iyun 2026-cı ildən qüvvəyə minəcək.

Uzunmüddətli LNG müqavilələri üzrə qadağa 1 yanvar 2027-ci ildən tətbiq olunacaq.

Uzunmüddətli boru kəməri qaz müqavilələri isə kifayət qədər ehtiyat olduqda 30 sentyabr 2027-ci ildə, lakin ən gec 1 noyabr 2027-ci ilədək başa çatdırılmalıdır.

Aİ həmçinin qadağanın icrasını təmin etmək üçün idxal üçün əvvəlcədən icazə sistemi tətbiq edəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?