02 dekabr

Aİ: ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsi üzrə danışıqlar davam edir

Aİ ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP (Trans-Regional İnvestisiya və İnfrastruktur Platforması) layihəsində mümkün iştirakla bağlı danışıqlar aparır.

Təhlil.az xəbər verir ki, bu barədə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Ali Komissarı Marta Kos açıqlama verib.

Onun sözlərinə görə, Aİ-nin layihə ilə bağlı öz təklifləri mövcuddur və hazırda Türkiyə və Azərbaycanla məsləhətləşmələr davam edir.

Kos həmçinin qeyd edib ki, TRIPP təkcə bir dəmir yolu xəttindən ibarət olmadığı üçün layihədə ABŞ-nin iştirakı xüsusi əhəmiyyət daşıyır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?