02 dekabr
Türkiyə sahillərində daha bir tankerə hücum edilib

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan "Midvolga 2" tankeri Türkiyə sahillərindən təxminən 80 mil məsafədə hücum barədə məlumat verib.
Təhlil.az xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, 13 ekipaj üzvünün hamısı təhlükəsizdir və köməyə ehtiyac duymur. Gəmi ciddi ziyan görməyib, mühərrikləri işlək vəziyyətdədir və Sinop istiqamətində üzməyə davam edir.