02 dekabr

İsveç Ukraynaya 1,1 milyard kron məbləğində yardım ayıracaq

İsveç hökuməti Ukraynaya 1,1 milyard İsveç kronu (təxminən 53 milyon dollar) məbləğində yardım ayıracaq. Təhlil.az xəbər verir ki, bu barədə İsveç hökumətinin məlumatında deyilir.

"Hökumət Ukraynanın ən təcili ehtiyaclarının təmin edilməsi üçün 1,1 milyard İsveç kronundan çox məbləğdə yeni mülki dəstək paketi təqdim edir", - məlumatda bildirilib.

Vəsait xüsusilə enerji təchizatı, islahatlar və səhiyyəyə yönəldiləcək. Maliyyə yardımının ümumi məbləği 1,112 milyard İsveç kronu təşkil edəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?