02 dekabr
ABŞ Dövlət Katibi Almaniya XİN başçısı ilə danışıb

ABŞ Dövlət Katibi Marko Rubio Almaniya Xarici İşlər Naziri Yohan Vadeful ilə Ukraynadakı vəziyyət barədə telefonda danışıb. Təhlil.az xəbər verir ki, Rubio Vaşinqtonun münaqişənin tez bir zamanda həllinə və davamlı sülhün təmin edilməsinə sadiq olduğunu vurğulayıb. Rubio və Vadeful həmçinin Ukraynadakı müharibənin sona çatmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər.